"Ev tikintisinə icazə almaq" üçün 1500 manat verdi

"Ev tikintisinə icazə almaq" üçün 1500 manat verdi
11:04 17 Dekabr 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dələduzluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayon sakini, 1984-cü il təvəllüdlü Mustafayev Rövşən Səməd oğlu polisə mürciət edərək bildirib ki, Rasim adlı şəxs onun xeyli pulunu mənimsəyib. Şikayətçi qeyd edib ki, həmin şəxslə avqustun 22-də görüşüb və ev tikintisinə icazə sənədi almaq üçün ona 1500 manat pul verib. Lakin Rasim vədinə əməl etməyib və pulu da geri qaytarmayıb.

 

 Müraciət əsasında araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR