Cəbhədə Azərbaycan əsgəri şəhid olub

Cəbhədə Azərbaycan əsgəri şəhid olub
11:04 17 Dekabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi şəhidin ailəsinə başsağlığı verdi

Dekabrın 16-da axşam saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizə minaatanlardan atəş açması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Cəfərzadə Rəşad Əlyar oğlu şəhid olub. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlik rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.

 

Nazirlik həmçinin bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR