Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib

Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin qəbulu elan edilib
11:23 17 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı belədir: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_2016_ci_il_uchun_Dovlet_Mukafatlarina_eserlerin_qebulu_elan_edilib-911954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR