“Elektron Səhiyyə” portalı yenilənərək istifadəyə verilib

“Elektron Səhiyyə” portalı yenilənərək istifadəyə verilib
11:38 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyində 2008-ci ildən etibarən fəaliyyət göstərən “Elektron Səhiyyə” internet portalı yenilənərək istifadəyə verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni konsepsiyası ilə tam fərqlənən portalda daha çox üstünlük “e-səhiyyə” istifadəçilərinin (fərdi sahibkar, adi istifadəsi və tibb mütəxəssisi) işini asanlaşdırmağa yönəlib.
Portala 33 elektron xidmət daxildir ki, onların 4-ü qeydiyyatsız istifadəçilər üçün nəzərdə tutulub. Bunlar tibb müəssisələri, dərman preparatları haqqında məlumat, immunoprofilaktika və xəstəliklərin beynəlxalq təsnifatıdır.
Eyni zamanda, portalda Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiyalar, dünya səhiyyə və tibb elmində baş verən yenilikləri barədə geniş məlumatlar verilir.
İl ərzində portal vasitəsilə təqdim olunan elektron xidmətlərdən 49 mindən çox vətəndaş istifadə edib. Müraciətlərin sayı 2014-cü il ilə müqayisədə 2 dəfədən çox artıb.
Müraciətlərin əksəriyyəti dərman vasitələri haqqında məlumatın verilməsi, dövlət tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün sənədlərin qəbulu, Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının onlayn izlənilməsi xidmətləri əhatə edir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elektron_Sehiyye_portali_yenilenerek_istifadeye_verilib-911958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR