Lənkəran teatrında “İlan Sultan”ın premyerası olub

Lənkəran teatrında “İlan Sultan”ın premyerası olub
11:53 17 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Teatrın direktoru Tofiq Heydərov AZƏRTAC-a bildirib ki, iki gəncin saf məhəbbətindən, keşməkeşli həyat hadisələrdən bəhs edən səhnə əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda təqdim olunub. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.
Səhnə əsərində əsas rolları Əməkdar Artist Sucəddin Mirzəyev, aktyorlar Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Əlibala Əsgərov, Emil Rzayev və digərləri ifa ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_teatrinda_Ilan_Sultanin_premyerasi_olub-911967

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR