Türkiyənin "Ege Yapı" şirkəti sərfəli şərtlərlə mənzillər təklif edir

11:53 17 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Türkiyənin "Ege Yapı" şirkəti də təmsil olunur.
Şirkətin meneceri Çinarə Salmanova AZƏRTAC-a müsahibəsində bildirib ki, təmsil etdiyi qurum İstanbulun ən mənzərəli ərazisində - Pega Kartal çoxfunksiyalı yaşayış kompleksində rahat mənzil və ofislər təklif edir. Bu yaşayış kompleksi Atatürk Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.
"Sərgidə təklif olunan mənzilləri ipoteka krediti vasitəsilə 10 faiz güzəştlə almaq olar. Qiymətlər 128 min dollardan 3 milyon dollaradəkdir. Təklifin üstünlüyü həm də ondadır ki, bu yaşayış kompleksi dövlətin nəzarəti altındadır. Kredit məbləği özəl qurumlara deyil, dövlət qurumlarına ödənilir. Şirkətin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir", - deyə Ç.Salmanova qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR