ABŞ-da neft ixracı ilə bağlı qadağa ləğv edilə bilər

12:03 17 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Nihad Budaqov, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) 1974-ci ildən bu vaxtadək ölkədə tətbiq olunan neft ixracı ilə bağlı qadağanı ləğv edə bilər.
AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, ABŞ Konqresinin üzvləri qadağanın ləğv edilməsini ehtiva edən maliyyə planı ilə əlaqədar razılığa gəliblər. Bu razılaşma layihəsi Nümayəndələr Palatasında müzakirə ediləcək.
Ölkədəki böyük neft şirkətləri isə 2 ildir bu qadağanın ləğv edilməsi üçün səylər göstərirlər. Həmin qadağa ABŞ-a başqa ölkələrdən idxal edilən xam neftin ixracına şamil edilmir.
Hazırda ABŞ-dan Kanadaya gündəlik 400 min barrel xam neft satılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR