Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların açılış mərasimi keçirilib

Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların açılış mərasimi keçirilib
12:03 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, dekabrın 16-da Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlara start verilib. Xatırladaq ki, bu yarışlar onuncu dəfədir keçirilir.
AZƏRTAC xəbər verir ki, bu gün yarışların açılış mərasimi olub. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də digər qonaqlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Mərkəzdə açılan sərgi ilə tanış olublar. Sərgidə Şəki sənətkarlarının əl işləri və çövkən milli oyunu üzrə yarışlarda çəkilmiş fotolar nümayiş etdirilib.
Açılış mərasimində qeyd edilib ki, Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi bu qədim oyunun yaşadılmasında və təbliğində önəmli rol oynayır. Bildirilib ki, çövkən oyununun bu siyahıya salınması ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Tədbir musiqi kollektivlərinin çıxışları ilə davam etdirilir.
Çövkən milli oyunu üzrə yarışların ikinci gününə Şəki və Tərtər komandalarının mübarizəsi ilə start veriləcək.
Qeyd edək ki, dekabrın 21-dək davam edəcək yarışlarda Bakı, Şəki və Yevlax şəhərlərini, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Qax, Qazax, Qəbələ, Laçın, Oğuz, Samux, Şəmkir, Tərtər, Tovuz, Zaqatala rayonlarından 24 komanda mübarizə aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_Prezident_Kuboku_ugrunda_chovken_milli_oyunu_uzre_yarislarin_achilis_merasimi_kechirilib-911974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR