ADNSU-da ilk beynəlxalq tələbə festivalı keçiriləcək

ADNSU-da ilk beynəlxalq tələbə festivalı keçiriləcək
12:03 17 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan əcnəbi tələbələr birinci beynəlxalq tələbə festivalına hazırlaşır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dekabrın 19-da keçiriləcək festivalda 17 ölkəni təmsil edən əcnəbi tələbələrin və xarici nümayəndəliklərin hazırladığı stendlərdə müxtəlif ölkələrin mədəniyyətlərinə aid nümunələr nümayiş etdiriləcək. Yerli və əcnəbi tələbələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Festivala qatılan tələbələr öz milli rəqslərini, musiqi və mahnı nümunələrini ifa edəcəklər.
ADNSU-da təhsil alan əcnəbi ölkələrin təmsilçiləri Bakıdan dünyaya birlik, həmrəylik, sülh mesajları verəcəklər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADNSU_da_ilk_beynelxalq_telebe_festivali_kechirilecek-911972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR