​Naxçıvanda atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarında artım qeydə alınıb

12:07 17 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report" MR-in Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
2000-ci ildə 0,7 min çirkləndirici maddə stasionar mənbələrdən atmosfer havasına atılıb. 2005-ci ildə bu rəqəm, 0,3 min, 2008-ci ildə isə 16,2 min ton olub.
2010-cu ildə 19,3 min, 2011-ci ildə 27,4 min, 2012-ci ildə 32,3 min, 2013-cü ildə 34,7 min , ötən il isə 28,6 min ton çirkləndirici maddələr atmosfer havasına atılıb.
Paralel olaraq muxtar respublikada ötən illər ərzində yeni salınan, bərpa olunan meşə massivləri, yaşıllıq zolaqlarının sahəsi və əkilən ağacların sayında artım qeydə alınıb.
1995-2000-ci illərdə muxtar respublikanın ərazisində yeni salınmış, bərpa olunmuş meşə massivləri və yaşıllıq zolaqlarının sahəsi 2585 hektar olub.
2006-2010-cu illərdə bu rəqəm 4240,7, ötən il isə 536,5 hektar olub.
1995-2000-ci illərdə muxtar respublikada 350 min ədəd ağac və bəzək kolları əkildiyi halda, ötən il bu rəqəm 440,7 min ədəd olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/naxcivanda-atmosfer-havasina-atilan-cirklendirici-maddelerin-miqdarinda-artim-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR