Belçika şirkəti DESFA-da pay almaq üçün Avropa İnvestisiya Bankına müraciət edib

Belçika şirkəti DESFA-da pay almaq üçün Avropa İnvestisiya Bankına müraciət edib
12:07 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Belçikanın "Fluxys" şirkəti Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satıldıqdan sonra bu həcmdən pay almaq məqsədilə lazımi məbləğdə vəsaitin əldə olunması üçün Avropa İnvestisiya Bankının infrastruktur fonduna müraciət edib. "Report" xəbər verir ki, bu barədə Belçika KİV-i məlumat yayıb.
KİV qeyd edib ki, Yunanıstan şirkətinin vacib geostrateji vəziyyəti mövcuddur və o, Yaxın Şərqdən Avropaya təbii qaz paylayıcısı rolunu oynaya bilər.
Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.
İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkəti bu səhm zərfinin alınmasında maraqlı olduqlarını bildirib.
Xatırladaq ki, "Fluxys" və "Enagas" şirkətləri həmçinin Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üçün yaradılan konsorsiumda təmsil olunub. Onların bu layihədə payı müvafiq olaraq 19% və 16%-dir.
Eyni zamanda, dekabrın əvvəlində "Statoil" (Norveç) şirkəti TAP layihəsindəki 20% payını "Snam"a (İtaliya) satması (208 mln. avro) ilə bağlı məlumat yayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/belcika-sirketi-desfa-da-pay-almaq-ucun-avropa-i-nvestisiya-bankina-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR