"Kiralık aşk"ın qəhrəmanına 2 milyonluq təklif - foto

"Kiralık aşk"ın qəhrəmanına 2 milyonluq təklif - foto
12:11 17 Dekabr 2015
71 Şou
Ölkə mətbuatı
A- A+

Barış Arduçla çəkildiyi "Kiralık aşk" serialı ilə diqqətləri üzərinə çəkməyi bacaran Elçin Sanquya böyük məbləğdə təkliflər gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir geyim markası aktrisaya 1 il boyunca dörd reklamda çəkilməsi üçün 2 milyon lirə (təxminən 750 min manat) təklif edib.

E.Sanqu bu təklifi qəbul edərsə yanvarda ilk reklama çəkilmək üçün artıq kamera qarşısına keçəcək.

Qeyd edək ki, serialdakı tərəf müqabili ilə "ilin ən yaraşan cütlüyü" seçilən aktrisa ilin sonunda çoxlu sorğularda ilk pillələrdə yer alıb.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR