Bibioğlu öz dayısı oğlunun qanını tökdü

Bibioğlu öz dayısı oğlunun qanını tökdü
12:16 17 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Bibioğlu öz dayısı oğlunu bıçaqlayıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Bağçakürd kənd sakini, 1981-ci il təvəllüdlü Rauf Nikolay oğlu Məhərrəmov qarnının daxilə keçən kəsilmiş, deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Yaralının üzərində dərhal cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti orta ağır olaraq cərrahiyyə şöbəsində müayinə edilir.

Məlumata görə, Rauf Məhərrəmov öz bibisi oğlu tərəfindən aralarında yaranan mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı Goranboy Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünən də Gəncə sakini bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Hadisə Gəncə Dram Teatrının yaxınlığında qeydə alınıb. Samux rayonunun Kolayır kənd sakini Muradil Əşrəf oğlu Misirov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Onu ərazidəki insanlar xəstəxanaya çatdırıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR