Sabah Azərbaycanın şərq rayonlarında yağış yağacaq

12:22 17 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 18-də yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında yağış yağacağı ehtimalı var, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-yaz-havasi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR