Botanika İnstitutu bitki müxtəlifliyinin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirir

Botanika İnstitutu bitki müxtəlifliyinin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirir
12:23 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığının (MTBT) Qafqaz üzrə yeni əlaqələndiricisi Aisyah Faruk Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Botanika İnstitutu ilə MTBT arasında 2012-ci ildə bağlanmış memorandumun müddətinin uzadılması və yeni memorandumun imzalanmasının müzakirəsi olub.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşən qonaq 2013-2015-ci illərdə Azərbaycanın yabanı bitki növlərinin mühafizə edilməsi məqsədi ilə həyata keçirilən “Qafqaz florasının mühafizəsi: “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi üzrə aparılan işlər və əldə olunan nəticələrlə tanış olub. Bu layihənin 2016-2019-cu illərdə davam etdirilməsi imkanları, həmçinin Azərbaycanın yox olma təhlükəsi altında olan qiymətli ağac növlərinin qorunması istiqamətində yeni “Ağac Toxum Layihəsi”nin (2016-2019) həyata keçirilməsi üzrə iş planları müzakirə edilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Botanika_Institutu_bitki_muxtelifliyinin_muhafizesi_uzre_beynelxalq_emekdasligi_mohkemlendirir-911986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR