Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
12:31 17 Dekabr 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, dekabrın 18-də yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında yağış yağacağı ehtimalı var, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR