Xüsusi qərargah: İtkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib

Xüsusi qərargah: İtkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib
12:33 17 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları yenidən bərpa edilib.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Ümumilikdə axtarışlara 8 gəmi, 13 helikopter, 1 təyyarə və dalğıclar cəlb edilib.

Qərargahdan qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib. Xəzər ətrafı qonşu ölkələrə müraciət olunub və həmin ölkələrin sərhəd sularında da axtarışlar aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR