Xəzərdə 2 balıqçı xilas edildi

Xəzərdə 2 balıqçı xilas edildi
12:34 17 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, 14 dekabr saat 13:00 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub.

 

Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR