Bakının mərkəzində ağır qəza: ölən və yaralananlar var

Bakının mərkəzində ağır qəza: ölən və yaralananlar var
12:44 17 Dekabr 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 16-da saat 04 radələrində Nəsimi rayonunun S.Vurğun küçəsində Bakı şəhər sakinləri Ülvi Məmmədlinin idarə etdiyi “VAZ-2107” və Ayxan Nəsirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və Ü.Məmmədlinin sərnişini, habelə A.Nəsirovun sərnişini Bəylər İsmayılov xəstəxanaya yerləşdirilib.

 

B.İsmayılov xəstəxanada vəfat edib.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR