​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək

​ABŞ konqresində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək
12:47 17 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Xarici əlaqələr üzrə komissiyası gələn ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin müzakirəsini təşkil edəcək.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ermənilərin ABŞ-dakı "Hay data" komitəsinin təmsilçisi Elizabet Çulcyan bildirib.
Məlumata görə, müzakirə qapalı şəkildə keçiriləcək.
Tədbirə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də dəvət edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/abs-konqresinde-dagliq-qarabag-munaqisesinin-tenzimlenmesi-muzakire-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR