Cavid Qurbanov: "Nə dəyişib ki, bunlar reytinqi aşağı salıb?"

Cavid Qurbanov: "Nə dəyişib ki, bunlar reytinqi aşağı salıb?"
13:04 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib.

 

“APA-Economics”in məlumatına görə, C. Qurbanov bildirib ki, reytinqin birdən-birə aşağı salınmasının səbəbini başa düşməyib: "Bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar. Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək? Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıb. Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR