Hacı İbrahim: "İşləri, layihələri bərpa edirəm"

Hacı İbrahim: "İşləri, layihələri bərpa edirəm"
13:17 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

"Beynəlxalq Bankın işi ilə bağlı məni artıq Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə çağırmırlar".
Milli.Az Day.Az-a istinadən bildirir ki, bunu "Avesta" konserninin sahibi, tanınmış iş adamı İbrahim İbrahimov deyib.
Onun sözlərinə görə, kreditlərini vaxtında ödəyir.
"Bu il müxtəlif vaxtlarda Beynəlxalq Bankdan müəyyən məbləğləri kredit götürmüşəm. Onların ümumi həcmi 50 milyon manatdır. Kredit ödənişlərinin ləngidilməsi ilə bağlı heç bir problemim yoxdur", - İ.İbrahimov deyib.
O, "Khazar Island" layihəsi çərçivəsində inşaat işlərinin dayandığını söyləyib: "Layihədə iştirak edən şirkətlərlə gələn ilin yanvarında danışıqlar aparacağam. İnşaatı bərpa etmək istəyirəm. Layihəyə başqa investorları da cəlb edəcəyəm".
 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR