Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib (FOTO)

Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib (FOTO)
13:23 17 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 17-də İstanbul şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.

Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR