Putin saatını niyə çıxardı? - QƏRİBƏ İŞARƏ

Putin saatını niyə çıxardı? - QƏRİBƏ İŞARƏ
13:24 17 Dekabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu dəqiqələrdə illik mətbuat konfransında jurnalistlərin sualını cavablandıran Rusiya prezidenti Vladimir Putin maraqlı addım atdı.  Konfransda  “Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksandr Qamovun ölkədəki iqtisadi durumla bağlı sualını cavablandıran Putin qəfil qolundakı saatını çıxararaq kənara qoyub. Bundan sonra isə Rusiya prezidenti qarşısındakı kağızlardan ölkəsinin iqtisadi durumu ilə bağlı statistik rəqəmlər oxumağa başladı.

Maraqlıdır ki, ənənəvi illik mətbuat konfransı adətən əvəllcədən müəyyən edilmiş zaman çərçivəsində keçirilirdi. Bu dəfə isə vaxt məhdudiyyətinin olmayacağı bildirilirdi. Görünür Putin Kremlə yaxın olan bir qəzetin müxbirindən belə sərt sual gözləmirmiş. Saatın çıxarılıb kənara qoyulması da mətbuat konfransının məhdudu zaman çərçivəsinə işarə hesab oluna bilər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR