“Nar” “İkiqat bayram” kampaniyasına başlayıb

“Nar” “İkiqat bayram” kampaniyasına başlayıb
13:33 17 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
“Nar” mobil operatoru “İkiqat bayram” kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində 2 manatdan 50 manatadək ödəniş etmiş abunəçilər balanslarına yüklədikləri puldan əlavə həmin məbləğin 100 faizi həcmində 7 gün ərzində aktiv olacaq şəbəkə daxili bonus dəqiqələr qazanırlar. Bundan başqa, mobil operator heç bir ödəniş şərti olmadan ikitərəfli bağlı olan 3G+ data nömrələrin balansına da 30 günlük 400 meqabayt pulsuz internet trafiki yükləyir.
Kampaniya müddətində öncədən ödənişli nömrələri ikitərəfli qaydada bağlı olan, Sim-kartlarını itirən və ya zədələyən abunəçilər “Nar” satış və xidmət mərkəzlərində öz şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz Sim-dublikat əldə edə bilərlər. İkitərəfli bağlı nömrələri yenidən aktiv edilən abunəçilər yanvarın 15-dək kampaniyadan yararlana biləcəklər.
Daha ətraflı məlumat “Nar”ın rəsmi internet səhifəsində (www.nar.az) yerləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nar_Ikiqat_bayram_kampaniyasina_baslayib-912015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR