İran ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələri 2015-ci ildə inkişaf tempini davam etdirib

İran ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələri 2015-ci ildə inkişaf tempini davam etdirib
13:33 17 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 17 dekabr, AZƏRTAC
İran ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələri 2015-ci ildə də inkişaf tempini davam etdirib.
Bu sözləri yerli mətbuata verdiyi açıqlamada İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir bildirib ki, əlaqələri daha da yaxınlaşdıracaq amillərdən biri iki ölkənin dəmir yolu sistemlərinin birləşdirilməsi haqqında razılığın əldə edilməsi olub. Astata (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsi işləri artıq başlayıb. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq bu yol tranzit üzrə əməkdaşlığa böyük təkan verəcək və hər iki ölkənin iqtisadi inkişafını sürətləndirəcək.
Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu xəttinin bir hissəsi olacaq Astata (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti yüklərin Avropa və Rusiyadan Fars körfəzi limanlarına və əks istiqamətə çatdırılmasını təmin edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR