Azərbaycan lisenziya və icazələrin verilməsini sadələşdirir

Azərbaycan lisenziya və icazələrin verilməsini sadələşdirir
13:42 17 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda lisenziyaların verilməsi müddətini 15 gündək 10 günədək, icazələrin isə 7 günədək azaldılması təklif edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Lisenziyalar və icazələr haqqında" qanun layihəsində nəzərdə tutulub.

Trend-in məlumatına görə, iclasda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, qanun layihəsi lisenziya və icazələrin verilməsi prosedurunun sadələşdirilməsini, onların verilməsi müddətinin azaldılmasını, "vahid pəncərə" prinispinin tətbiqini və s. nəzərdə tutur: "Əgər sahibkar lisenziya üçün müvafiq struktura müraciət edir və bu strukturdan müəyyən vaxt ərzində cavab almırsa, bu, sahibkarlıq fəaliyyətinin aparılması üçün icazə hesab ediləcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR