Bolqarıstan Azərbaycan qazının idxalı üçün alternativ qaz kəməri tikir

Bolqarıstan Azərbaycan qazının idxalı üçün alternativ qaz kəməri tikir
13:48 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Ankara və Sofiya Azərbaycan qazının Bolqarıstana ixracı məqsədilə birləşdirici boru kəməri tikəcək. Trend-in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumataa görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Sofiyada bolqarıstanlı həmkarı Boyko Borisovla görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib: "Biz Bolqarıstanla Türkiyəni Azərbaycan qazının tədarük ediləcəyi qaz interkonnektoru ilə birləşdirmək qərarına gəldik".

B.Borisov deyib ki, Bolqarıstan, Türkiyə və Yunanıstan "Balkan" qaz qovşağı ilə yanaşı, istənilən istiqamətdə təbii qazın şaxələndirilməsi və nəqlinə xidmət edəcək interkonnektor tikmək qərarına gəldi.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2470721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR