SOCAR: “Günəşli” yatağındakı 10 nömrəli özüldə yanan neft quyuları tamamilə söndürülüb

SOCAR: “Günəşli” yatağındakı 10 nömrəli özüldə yanan neft quyuları tamamilə söndürülüb
13:48 17 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağındakı 10 nömrəli özüldəki baş vermiş qəza nəticəsində yanan neft quyuları tamamilə söndürülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Bildirilib ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb. Yanan qaz quyularının isə 2-si artıq söndürülüb, digər quyuların söndürülməsi üzrə işlər son mərhələdədir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Gunesli_yatagindaki_10_nomreli_ozulde_yanan_neft_quyulari_tamamile_sondurulub-912024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR