Putin Yeni ildə kiminlə olacaq?

Putin Yeni ildə kiminlə olacaq?
12:31 30 Dekabr 2014
79 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın birinci şəxsləri 2015-ci ili doğmalarının, yaxınlarının və dostlarının əhatəsində qarşılamağı planlaşdırırlar. Onlar bayram tətilinin əsas hissəsini işə həsr edəcəklər.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Rusiya prezidenti Vladimir Putin Yeni ili doğmaları, yaxınları və dostları ilə qarşılayacaq.

Baş nazir Dmitri Medvedev isə Yeni ili ənənəvi olaraq ailəsi ilə qarşılayacaq və dərhal işə qayıdacaq.
İstirahətdən başqa, baş nazirin yanvarın ilk günlərindən işgüzar görüşləri planlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR