“Şekspir” nümayiş etdiriləcək

“Şekspir” nümayiş etdiriləcək
13:59 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş tamaşanın nümayişi keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

 

Səhnə əsərində xalq artisti Ramiz Novruz, əməkdar artistlər Pərviz Bağırov, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Nigar Güləhmədova, Anar Heybətov və başqaları çıxış edəcəklər.

 Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.     

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR