Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir
14:03 17 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də İstanbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci yüksək səviyyəli hərbi dialoq iclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını xüsusi qeyd edərək Silahlı qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Turkiye_arasinda_herbi_emekdasliq_ugurla_inkisaf_edir-912028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR