İtkin düşən neftçilərin axtarışında peyk şəkillərindən istifadə olunur

İtkin düşən neftçilərin axtarışında peyk şəkillərindən istifadə olunur
14:04 17 Dekabr 2015
15 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəldə Hallar Nazirliyi "Günəşli"dəki qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı növbəti məlumat yayıb

 

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işlərini davam etdirir. Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.

Onu da əlavə edək ki, itkin düşənlərin axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İttifaqının Axtarış-xilasetmə Mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərdən də istifadə olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR