Fövqəladə Hallar Nazirliyi: itkin düşən neftçilərin axtarışında peyk fotoşəkillərindən istifadə olunur

14:08 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirləri davam etdirir.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işlərini davam etdirir. Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri aparır. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.
Axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İttifaqının axtarış-xilasetmə mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərindən də istifadə olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR