Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı dəyişəcək?

Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı dəyişəcək?
14:12 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqını artırmağı planlaşdırmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə QSC sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu məsələ onun sosial yönü nəzərə alınaraq nəzərdən keçirilmir: "Bununla belə, digər ölkələrlə müqayisədə bizim tariflər ucuzdur. Məsələn, Bakı-Sumqayıt xətti üzrə gediş haqqı 80 qəpik olduğu halda, Rusiyada eyni uzunluqda xətt üzrə gedişin qiyməti 6 dollar, Fransada isə təqribən 20 dollardır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR