Avropa dövləti Azərbaycan qazının idxalı üçün alternativ qaz kəməri tikir

Avropa dövləti Azərbaycan qazının idxalı üçün alternativ qaz kəməri tikir
14:12 17 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Ankara və Sofiya Azərbaycan qazının Bolqarıstana ixracı məqsədilə birləşdirici boru kəməri tikəcək. Trend-in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumataa görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Sofiyada bolqarıstanlı həmkarı Boyko Borisovla görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib: "Biz Bolqarıstanla Türkiyəni Azərbaycan qazının tədarük ediləcəyi qaz interkonnektoru ilə birləşdirmək qərarına gəldik".

B.Borisov deyib ki, Bolqarıstan, Türkiyə və Yunanıstan "Balkan" qaz qovşağı ilə yanaşı, istənilən istiqamətdə təbii qazın şaxələndirilməsi və nəqlinə xidmət edəcək interkonnektor tikmək qərarına gəldilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/391007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR