Rahib Tanrıya üsyan etdi, qadın oldu - FOTO

Rahib Tanrıya üsyan etdi, qadın oldu - FOTO
14:12 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Tanrıya həmişə yalvarırdım ki, səhər gözlərimi açanda arzumun çin olduğunu görüm. Amma o, dualarımı eşitmirdi. Mən də problemi özüm həll etmək qərarına gəldim"

Mimi Tao indi Cənub-Şərqi Asiyanın ən məşhur modellərindən biridir. Mimi əvvəllər kişi olub, indi transseksualdır.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, 22 yaşlı Miminin dediyinə görə, 12 yaşı olanda valideynləri onu buddist məbədlərindən birinə veriblər. 
Əvvəllər Phajaranat Nobantao adlı gənc oğlan olmuş Mimi uşaqlıq vaxtlarından özünü qız kimi hiss edirdi, qız paltarları geyinirdi. Hətta rahib olduğu məbəddə belə, yaşlı rahib-tərbiyəçilərdən gizli olaraq üzünə ənlik-kirşan çəkirdi.
"Lakin bütün bunlardan bezdim, məbədi tərk etdim, modelliyə başladım və arzumu reallaşdırdım. İndi qadınam. Amma günlərin birində məbədə dönəcəyimi istisna etmirəm", - Mimi Tao deyib.
Tao məşhur modeldir və bu yaxınlarda filmə də çəkiləcək. 
Fəqət o, rahiblik dönəmindəki sakit həyatı üçün darıxdığını deyib.
 

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR