Azərbaycan Dillər Universitetinin “Debat” klubu çempion olub

Azərbaycan Dillər Universitetinin “Debat” klubu çempion olub
14:28 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Debat” klubu “Ekologiyanın çirklənməsi təbii prosesdir” mövzusunda keçirilən açıq turnirdə çempion olub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, turniri bu ali təhsil ocağı ilə Qərb Universitetinin “Debat” klubları birgə təşkil edib. Qərb Universitetində keçirilən açıq turnirdə ADU-nu iki komanda təmsil edib. On üç universitetdən olan 36 komandanın iştirak etdiyi turnirdə ADU-nun komandalarından biri yarımfinal mərhələsinədək yüksəlib, digəri isə final mərhələsini oyunun çempionu olaraq başa vurub.
Eyni zamanda, pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi, “Debat” klubunun sədri Ləman Ələsgərova 25 hakim arasında keçirilən turnirdə “Ən yaxşı hakim” adını qazanıb.
Qeyd edək ki, ADU-nun “İntellektual” klubu da 40-dan çox komanda arasında keçirilən yarışda üçüncü yerə sahib olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Diller_Universitetinin_Debat_klubu_chempion_olub-912036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR