Jerom Boatenqin adı Ginnesin rekordlar kitabına daxil edilib

Jerom Boatenqin adı Ginnesin rekordlar kitabına daxil edilib
14:38 17 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Münxenin “Bavariya” klubunun futbolçusu Jerom Boatenqin adı Ginnesin rekordlar kitabına daxil edilib.
AZƏRTAC “Bavariya” klubunun rəsmi saytına istinadla xəbər verir ki, müdafiəçi Almaniya çempionunun heyətində əsl tilsimə çevrilib. Boatenqin mükafata layiq görülməsində başlıca amil Bundesliqada şəxsi məğlubiyyətsiz seriyasında rekorda imza atmasıdır. O, Almaniya çempionatının 56 oyununda meydana çıxıb və bu müddət ərzində komanda bir dəfə də olsun məğlub olmayıb.
Məlum olub ki, futbolçunun məğlubiyyətsiz seriyası 2012-ci il noyabrın 3-dən 2014-cü il dekabrın 19-dək davam edib. Artıq Almaniya yığmasının müdafiəçisinə uğurunu təsdiq edən sertifikat təqdim edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jerom_Boatenqin_adi_Ginnesin_rekordlar_kitabina_daxil_edilib-912039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR