Azərbaycanın yüngül atletləri beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın yüngül atletləri beynəlxalq turnirdə iştirak edəcəklər
14:38 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 20-də Volqoqradda 2001-2002-ci illər təvəllüdlü oğlan və qızlar arasında yüngül atletika üzrə Olimpiya çempionu Tatyana Lebedevanın mükafatları uğrunda XII ənənəvi Ümumrusiya yarışları start götürəcək.
AZƏRTAC xəbər verir ki, yüngül atletika turniri Rusiyanın bütün regionlarından, habelə Azərbaycandan 500-dən çox gənc idmançını bir araya gətirəcək.
İdmançılar qaçış üzrə beş yarışda – 60 metr, 400 metr, 1000 metr, maneələrlə 60 metr məsafəyə və 4x200 metr qarışıq estafet yarışlarında mübarizə aparacaqlar.
Bundan əlavə, hündürlüyə tullanma əlbəttə, Olimpiya Oyunları çempionu medalçısı Tatyana Lebedevanın uzun illər tayı-bərabəri olmadığı üç təkanla tullanma və uzunluğa tullanma yarışları keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_yungul_atletleri_beynelxalq_turnirde_istirak_edecekler-912040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR