Putin: "Suriya üzrə mövqeyimiz dəyişmir"

Putin: "Suriya üzrə mövqeyimiz dəyişmir"
14:42 17 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ "Suriya üzrə mövqeyimiz dəyişmir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Bəşşar Əsədin gələcəyi ilə bağlı danışarkən deyib.
"Yalnız Suriya xalqının onlara kimin rəhbərlik edəcəyini müəyyən etməyə hüququ var. Münaqişənin siyasi həldən başqa yolu yoxdur", - Rusiya prezidenti əlavə edib.
Dövlət başçısı Rusiyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya üzrə irəli sürdüyü qətnamə layihəsini dəstəklədiyini bildirib: "Kompromis mümkündür, lakin hər iki tərəfdən güzəşt olmalıdır. Biz regionda sülhün və sabitliyin bərqərar olması üçün səy göstəririk".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/putin-suriya-uzre-movqeyimiz-deyismir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR