"Günəşli" yatağında yanan neft quyuları tam söndürüldü

"Günəşli" yatağında yanan neft quyuları tam söndürüldü
14:46 17 Dekabr 2015
25 Şou
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı yanan 10-cu özüldə neft quyuları tam söndürülüb".

Axşam.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, bu, mümkün neft dağıntılarına görə ekoloji fəlakətin qarşısını tam almağa imkan verdi.

Yanan qaz quyularının söndürülməsi yekun mərhələdədir.

N.Quliyev bildirib:

"Biz onları qısa müddət ərzində söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq. Bundan sonra quyular yenidən istismara veriləcək".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR