"Facebook" və "YouTube"dən qadağa

"Facebook" və "YouTube"dən qadağa
14:46 17 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Yetkinlik yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulacaq.

ANS PRESS-in məlumatına görə, “Facebook”, “Youtube” “Tvitter” və s. kimi sosial şəbəkələrdən 16 yaşına çatmamış şəxslərin istifadəsi yalnız valideyinlərinin, yaxud da qəyyumluq hüququna sahib insanların icazəsi ilə mümkün olacaq.

Avropa Parlamentinin Mədəni Azadlıqlar və Daxili İşlər Komitəsi həm sosial media, həm də uşaq qoruma mütəxəsislərinin etiraz etdiyi bir qanuna dəyişiklik üzərində işləyir.



Sosial şəbəkələrin rəsmiləri isə komitəyə açıq şəkildə məktub yazaraq, bu qanunun qəbul edilməsinə etiraz ediblər. Onların fikrincə, belə bir qanunun qüvvəyə minməsi, uşaqları, təhsil və bu kimi sosial fürsətlərdən məhrum edə bilər.

Daha bir dəyişikliyə görə, 16 yaşından kiçik biri şəkil və ya hər hansı məlumatlarını paylaşmazadan öncə valideyinlərindən heç olmasa birindən mütləq icazə alınmalıdır.

Avropa parlamentariləri bu dəyişiklikləri səsverməyə çıxaracaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR