Murad Boz xəstəxanaya düşdü, Hadisə yanından ayrılmadı

Murad Boz xəstəxanaya düşdü, Hadisə yanından ayrılmadı
14:47 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"O Ses Türkiye"nin münsiflər heyətində yer alan müğənni Murad Boz ağır qripə görə xəstəxanaya aparılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ağır infeksion xəstəlik keçirən 2 gecə xəstəxanada müalicə alıb. Bu müddət ərzində həmkarı Hadisə onun yanından ayrılmayıb. 

Hadisə Murad üçün sevdiyi yaşıl almanı, sevdiyi filmləri aparıb. M.Boz üçün mahnı oxuyan Hadisə aralarındakı sevgi münasibətini yenidən gündəmə gətirib. Lakin o, yaxınlarına: "Murad mənim dostumdur, təbii ki, onun yanında olacağam", - deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/391011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR