Evdən oğurluq edən şəxslər tutuldu

Evdən oğurluq edən şəxslər tutuldu
14:49 17 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğurluq etmiş Şirvan şəhər sakinləri tutulublar.

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri M.Səmədovaya, R.Yaqubova və E.Muradova məxsus evlərdən, habelə M.Qurbanovaya məxsus mağazadan pul, qızıl, geyim və məişət əşyaları oğurlamış, eləcə də İ.Soltanova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmyerliləri Elçin Əliyev və Zahid Abbasov saxlanılıb.

Həmçinin, Baş Cinayət-Axtarış İdarəsi və Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Vaqif Ləzgiyevin cibindən mobil telefon oğurlamış Bakı şəhər sakini İntiqam Məlikov da tutulub.

Bundan başqa, Neftçala rayon sakini Xalid Abdullayevə məxsus mağazadan 50 manat və tütün məmulatı oğurlamış həmyerlisi Şəmistan Muxtarov Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR