Asiya birjaları FES-in baza dərəcələrini artırması qərarına reaksiya verib

Asiya birjaları FES-in baza dərəcələrini artırması qərarına reaksiya verib
14:58 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Asiya birjaları əsas indekslərin inamlı yüksəlişi ilə - orta hesabla 1,5-2 faizlik göstərici ilə açılıb. Bu ticarət meydanlarının ən böyüyü olan Tokionun Nikkei indeksi səhər saatlarında 2,3 faiz yüksəlib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, investorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza dərəcələrinin artırılması barədə qərarını ruh yüksəkliyi ilə qarşılayıblar. Asiyada belə hesab edirlər ki, bu addım yerli valyutaların məzənnəsinin dollara nisbətdə ucuzlaşmasına səbəb olacaq və asiyalı ixracatçıların işinə müsbət təsir göstərəcək. Artıq Çinin Mərkəzi bankı son 4,5 ildə yuanın məzənnəsini dollara nisbətdə minimal səviyyəyə endirib.
Xatırladaq ki, FES böhrandan sonra ilk dəfə olaraq baza dərəcələrini 0,25 faiz qaldırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR