​Azərbaycanda iqtisadi artım 3,1%-ə çatıb

15:02 17 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM-in 33,7%-i sənaye, 13,7%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunub, 38,8%-i isə xidmət sahələrinin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib. 
Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4% artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9%-dən 69,3%-ə yüksəlib.
ÜDM-in 30,7%-i isə neft sektorunun payına düşüb. Bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,8% artıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR