Fikrət Qoca: "Ölümümlə onu peşman edəcəm"

Fikrət Qoca: "Ölümümlə onu peşman edəcəm"
15:05 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Xalq şairi Fikrət Qoca ona xəyanət edən dostlarından danışıb.

Milli.Az bildirir ki, publika.az-a açıqlama verən şair keçmişi xatırlayaraq, bəzən dost seçimində yanıldığını deyib:
 
"İndiki yaşımda dost axtarmağı planlaşdırmıram, çünki ömrün son pilləsində dayanmışam. Bu, reallıqdır və reallıqla da yaşamaq lazımdır. İndi durub dost tapsam, ölümümlə onu peşman edəcəm. Çünki dostlarıma xəyanət etmək, onları yarı yolda qoymaq istəmirəm. Niyə dostum yoxluğumun acısını çəksin? Bir vaxtlar özüm də dost xəyanəti ilə qarşılaşmışam. Bu, həyatdır, bəzən yanılırıq. Dost qarpız kimidir, necə çıxacağı məlum deyil.

Belə bir el deyimi də var, "qarpız kəsdim, içi qara çıxdı". Həyatım hamar olmayıb, bəxtimin qara çıxdığı məqamlar da olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/391013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR