Paralimpiya hərəkatı regionlarda sürətlə inkişaf edir

Paralimpiya hərəkatı regionlarda sürətlə inkişaf edir
15:08 17 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC 
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qolbol idman növü üzrə komandası Milli Paralimpiya Komitəsinin dəstəyi ilə 2013-cü ilin iyulunda yaradılıb. Komandaya 6 görmə qabiliyyəti məhdud olan idmançı cəlb olunub. Komandanın inkişafı ücün federasiya tərəfindən lazımı şərait yaradılaraq maddi texniki baza gücləndirilib. Komanda formalaşdıqdan sonra bu idman növü üzrə məşqçinin hazırlanması və komanda üzvlərinə qolbol idmanının qaydalarının öyrədilməsi məqsədi ilə Milli Paralimpiya Komitəsinin məşqçiləri bir neçə dəfə Naxçıvana ezam olunublar.
AZƏRTAC xəbər verir ki, Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə baş məşqçisi Zahir Abdullayev yenidən Naxçıvandadır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və paralimpiya federasiyasının təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol idman növü üzrə “Naxçıvan” komandasının məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirilib. Zahir Abdullayev tədbir iştirakçılarını qolbol idman növü üzrə olan yeniliklər haqqında məlumatlandırıb. Sonra isə idmançıların məşqi ilə seminar davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyası bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idmana maraqlarının artırılmasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadəsi üçün zəruri şəraitin yaradılmasını və istedadlı idmançıları aşkara çıxararaq milli komandalara cəlb olunmaları məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır.
Cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud idmançılar arasında xalq uşaq oyunları, tennis, darts (lövhəyə oxatma), şahmat, dama, atletika, qolbol və digər idman növləri üzrə yarışlar təşkil edilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqlardan təşkil olunan bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Qolbol idman növü üzrə “Naxçıvan” komandasının oyun təcrübəsinin artırılması üçün tədbirlərin təşkili də diqqət mərkəzində saxlanılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paralimpiya_herekati_regionlarda_suretle_inkisaf_edir-912055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR