“Riqoletto” operası Opera və Balet Teatrının səhnəsində

“Riqoletto” operası Opera və Balet Teatrının səhnəsində
15:13 17 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Verdinin “Riqoletto” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.
Səhnə əsərində Ukraynanın Xalq Artisti Olqa Naqornaya, Əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda səhnəyə çıxacaqlar. Opera tamaşasında, həmçinin yerli sənətçilər - Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.
Qeyd edək ki, operanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR